Bakıda QORXUNC ANLAR - Mikroavtobusun sərnişini silahla "şou" göstərdi - YENİLƏNİB - VİDEO
Bakının mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb silahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxslə bağlı polis tərəfindən araşdırılır.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
***
Ötən gün Bakıda avtomobil yolunda mikroavtobusdan çıxaraq silah göstərən şəxs qorxulu anlara səbəb olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Yolda hərəkət edən "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusdan çıxan qara paltarlı şəxs silahı ilə qəribə hərəkətlər sərgiləyərək ətrafdakıları qorxuya salıb.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda QORXUNC ANLAR - Mikroavtobusun sərnişini silahla "şou" göstərdi - VİDEO
Bakıda maşının qapısını açıb ətrafa silah nümayiş etdirən şəxslə bağlı araşdırma aparılır
Polis Mehdiabad-Pirşağı yolunda itə işgəncə verən şəxsi müəyyənləşdirdi - YENİLƏNİB/VİDEO
Bakının bu prospektində avtomobil tüstülədi - Tıxac yarandı - VİDEO
Bakıda restorandan 13 min manat oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













