Bakı-Quba yolunda dəhşətli avtobus qəzası
sizinxeber.az xəbər saytı

Bakı-Quba yolunda dəhşətli avtobus qəzası




Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Sizinxeber.az-ə TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

*** 12:06

Bakı-Quba yolunda sərnişin avtobusları toqquşub.

Bu barədə məlumat Sizinxeber.az-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, Bakı-Quba yolunun 29-cu kilometrliyində iki sərnişin avtobusu bir-birinə çırpılıb. Nəticədə 10 dan çox yaralının olduğu bildirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Banu Hüseynli
Sizinxeber.az
VİDEO

VİDEO

Oxşar xəbərlər

TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, 1 nəfər ölüb, 18-i yaralanıb, araşdırma aparılır - VİDEO - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Dərnəgül” bazarında güclü yanğın səbəbindən ölən var - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər