Neftçilərdəki güclü yanğın tam söndürüldü - VİDEO - YENİLƏNİB 3
*** 14:56
“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzindəki yanğın hər iki istiqamətində yolda sıxlığa səbəb olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.
***14:50
Paytaxtda obyekt yanır.
Bu barədə Sizinxeber.az-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Bildirilib ki, yanğın Neftçilər prospektində baş verib.
Yanğının ərazidə fəaliyyət göstərən iaşə obyektlərindən birində baş verir.
Sizinxeber.az hadisə yerindən görüntülər təqdim edir:
Oxşar xəbərlər
Bakıda taxta sexi yanıb - YENİLƏNİB - 2
Bakıda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
Zabratda 800 kvadrat metr ərazi yanıb
Hacıqabulda avtomobil yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













