Ziya Bünyadov prospektində güclü YANĞIN - VİDEO
Paytaxtın Ziya Bünyadov prospektində güclü yanğın başlayıb.
Bu barədə məlumat Sizinxeber.az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə DİN-in Hospitalının qarşısında qeydə alınıb.
Yanğınla bağlı FHN-dən Sizinxeber.az-in sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 20 kv.m. ərazidə məişət tullantıları yanıb.
Oxşar xəbərlər
Zabratda 800 kvadrat metr ərazi yanıb
Hacıqabulda avtomobil yanıb
Bakıda yanğın olub - VİDEO
Xırdalanda 14 mərtəbəli binada YANĞIN: sakinlər təxliyə edildi - VİDEO
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













