Bakıda xanım sürücünün başına iş gəldi - ANBAAN VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda xanım sürücünün başına iş gəldi - ANBAAN VİDEO




Binəqədi rayonu ərazisində avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Sizinxeber.az-ə verilən xəbərə görə, polisə müraciət edən qadın sürücü “KİA” markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çantanın oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Sizinxeber.az
VİDEO

QALEREYA

Oxşar xəbərlər

Keçmiş məhbus 460 manat pul və mobil telefonu oğurladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda hoteldə oğurluq olub, işçi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda evdən pul oğurlayan şəxslər saxlanıldılar - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda evdən 20 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 75 yaşlı qadına zor tətbiq edib qızıl boyunbağını oğurladılar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər