Sabah 35 dərəcə isti gözlənilir
sizinxeber.az xəbər saytı

Sabah 35 dərəcə isti gözlənilir




Avqustun ikisində Bakıda və bölgələrdə 35 dərəcə isti gözlənilir.
 
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
BAKU.WS

Oxşar xəbərlər

Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
İyulun son günündə Bakıda 33, rayonlarda 35 dərəcə isti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda 17, bölgələrdə isə 25 dərəcə isti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şənbə gününün hava proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər