Yağıntılı və küləkli hava ölkəni CƏNGİNƏ ALDI: Bəzi çaylardan sel keçir
sizinxeber.az xəbər saytı

Yağıntılı və küləkli hava ölkəni CƏNGİNƏ ALDI: Bəzi çaylardan sel keçir




Azərbaycanın əksər rayonlarında yağıntılarda fasilə yaranıb.
 
BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, Lənkəran, Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir leysan xarakterli yağış yağır, şimşək çaxdığını bildirib.
 
O qeyd edib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda, Türyançayda, Qudiyalçayda, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda, Tərtərçayda, Bəsitçayda, Tutqunçayda, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda, Viləşçayda və Təngərüdçayda artım qeydə alınıb.
 
“Yağan leysan xarakterli yağıntılar nəticəsində Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan,Oğuz rayonu ərazisindən axan Əyriçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan sel keçir”.
 
G.Abbasova qeyd edib ki, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20 m/s-yə çatıb.
BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın əksər rayonlarında yağıntılarda fasilə yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda on çaydan sel keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bəzi yerlərdə güclü yağış yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əksər rayonlarda yağıntılarda fasilə yaranıb, bəzilərində isə davam edir – FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bəzi çaylardan sel keçir - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər