Bölgələrdə dolu düşüb, Gədəbəyin bəzi yerlərindən sel keçib - FAKTİKİ HAVA
İyulun 27-si saat 19:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.
Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.
Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.
Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.
Oxşar xəbərlər
Bölgələrdə dolu düşüb, Gədəbəyin bəzi yerlərindən sel keçib – FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda küləyin sürəti 25 m/san olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda külək güclənib, bölgələrdə yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakda külək güclənib, bölgələrdə yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













