

“Neftçi” İdman Klubu ilə Yohan Kroyf İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb
“Neftçi” İdman Klubu ilə Yohan Kroyf İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, “Neftçi” İdman Klubunun nümayəndə heyəti Yohan Kroyf İnstitutunun rəsmi dəvəti ilə İspaniyanın Barselona şəhərinə səfər ediblər.
Klubu bu səfərdə İdarə Heyəti sədrinin müşaviri Fərəc Əliyev və Beynəlxalq əlaqələr və kommunikasiyalar departamentinin rəisi Emil Kərimov təmsil ediblər.
Səfər zamanı klub nümayəndələri institutun təşkil etdiyi "Cruyff Networking" tədbirində iştirak etməklə yanaşı, baş direktor Albert Romans, "Cruyff Futbol Platforması"nın icraçı direktoru və “Barselona” Futbol Klubu da daxil olmaqla Avropanın bir sıra aparıcı klublarında çalışmış tanınmış mütəxəssis Albert Kapellas, "CF Badalona SAD" klubunun sahiblərindən biri və institutun məruzəçi müəllimi Mark Serra və digər rəhbər şəxslərlə ikitərəfli görüşlər keçirərək, mümkün əməkdaşlıq istiqamətləri və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd tərəflər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və bu istiqamətdə yeni imkanların açılmasına, idmançı, məşqçi və inzibati heyətin peşəkar karyera inkişafının dəstəklənməsinə, idman sahəsində araşdırmalara dair təcrübə mübadiləsinin aparılmasına, birgə idman tədbirləri, seminarlar və konfransların təşkilinə, həmçinin sosial və media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək.
Oxşar xəbərlər
"Palms Sports"un baş icraçı direktoru: "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir"
“Neftçi”nin yeni strukturu təsdiqlənib
"Barselona"nın sabiq futbolçusu Braziliya klubu ilə anlaşıb
“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurur
"Barselona" klubu Niko Uilyamsla anlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
