Avropa çempionatı: Azərbaycanın boks millisi ilk medalını rəsmiləşdirib
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın boks millisi ilk medalını rəsmiləşdirib


Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

"Sizinxeber.az" xəbər verir ki, yığmanın heyətində ilk mükafatı Marjona Savriyeva aktivinə yazdırıb.

50 kq çəkidə mübarizə aparan boksçumuz yarımfinalda Dominika Kuçjevska (Polşa) ilə üz-üzə gəlib. Görüşdə rəqib 4:1 (29:28, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazandığından Savriyeva Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, yarımfinal mərhələsində yığmamızın daha 3 boksçusu rinqə çıxacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın 3 boksçusu bürünc medalı təmin edib
Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər