Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal qazanıblar


Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə 1 gümüş, 2 bürünc medal qazanıblar.

"Sizinxeber.az" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov final görüşündə məğlub olmaqla gümüş medalla kifayətlənib.

Eyni çəkidə tatami üzərində çıxan Turan Bayramovun qazancı isə bürünc medal olub. 66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçiriləcək Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər