“UniDestin” Təhsil Mərkəzində şagirdlərlə görüş keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

“UniDestin” Təhsil Mərkəzində şagirdlərlə görüş keçirilib - FOTO


“UniDestin” Təhsil Mərkəzində şagirdlərlə görüş

Azərbaycanda xaricdə təhsil, şəxsi inkişaf, karyera yüksəlişi sahəsində yeni istiqamətləri, innovativ təklifləri və uzunmüddətli dayanıqlığı özündə birləşdirən “UniDestin” Təhsil Mərkəzində şagirdlərlə görüş təşkil olunub.

Sizinxeber.az xəbər verir ki, görüşdə müxtəlif yaş qruplarından olan şagirdlər, valideynlər və media nümayəndələri iştirak ediblər.

“UniDestin” nə vəd edir?

“UniDestin” Təhsil Mərkəzinin meneceri Ülviyyə Hüseynova qarşıya qoyulan məqsədlər və görülən işlər barədə məlumat verib.

İbtidai sinif şagirdləri üçün dil kursları və texniki fənlər üzrə kurslar təklif edilir

Qeyd olunub ki, “UniDestin” yalnız böyük yaş qrupları üçün deyil, ibtidai sinif şagirdləri üçün də dil kursları təklif edir: “Eyni zamanda texniki fənlər üzrə kurslar təşkil etməyə hazırlaşırıq və bununla bağlı xaricdə təhsil almış müəllimləri cəlb etmişik".

Yüksək nəticələr əldə etmək imkanı

Ü.Hüseynova əlavə edib ki, xaricdə təhsil almaq bir çoxlarının arzusudur və bunun ilk addımı dil biliklərinin olmasından keçir: “Bizə ibtidai sinifdən qoşulan uşaqlar gələcəkdə daha hazırlıqlı olacaq və yüksək nəticələr əldə etmək imkanına sahib olacaqlar".

Qeyd edək ki, “UniDestin” xaricdə təhsillə yanaşı, tələbələrin “SAT”, “TOEFL”, “IELTS” imtahanlarından uğurla keçməsini və müvafiq sertifikatların təqdim olunmasını da öhdəsinə götürüb. Şirkət dünyanın müxtəlif ölkələrində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə qəbul proseslərini həyata keçirir.

Oxşar xəbərlər

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzinin açılışı olub
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
Bu gün Azərbaycanda ilk dərs günüdür
“UniDestin” Tədris Mərkəzinin meneceri: Bizim işimiz tələbəni xaricə göndərməklə bitmir, əksinə ondan sonra başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər