

Mingəçevirdə "Kürü keçək?!" adlı yarış baş tutub
Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı təşkil olunub.
"Sizinxeber.az"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.
İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca gənclər və idman nazirinin müavini Mariana Vasileva yarışa start verib.
Kür çayının iki sahili arasında, 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb.
Üzənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) gerçəkləşib.
Oxşar xəbərlər
Bu gün Mingəçevir şəhərində "Kürü keçək?!" adlı yarış təşkil olunacaq
Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı keçiriləcək
Paris Olimpiadasında açıq suda üzgüçülük məşqləri ləğv edilib
Azərbaycan Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib
Fərid Qayıbov: 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
