Kreml: Moskva Kiyevdən İstanbul görüşü üçün razılıq almayıb
“Ukraynanın memorandumun mətninin dərhal təhvil verilməli olduğu istiqamətindəki tələbləri qeyri-konstruktivdir”.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
O, eyni zamanda haqqında bəhs olunan sənədin Rusiya tərəfindən hazırlanan variantında irəli sürüləcək şərtləri açıqlamaq istəməyib:
“Hazırda əsas məsələ Rusiya və Ukrayna arasındakı birbaşa danışıqlar prosesinin davam etdirilməsidir”.
Kremlin rəsmisi hər kəsi danışıqlar prosesinin pozula biləcəyi barədə fikirlər səsləndirməməyə, Ukrayna tərəfinin irəli sürülən təkliflərə cavabını gözləməyə çağırıb.
O əlavə edib ki, rəsmi Moskva Kiyevin iyunun 2-də İstanbulda keçirilməsi nəzərdə tutulan görüşdə iştirak edəcəyinə dair razılıq almayıb
D. Peskov ehtiyac olarsa, istənilən vaxt ABŞ və Rusiya prezidentlərinin telefon danışığının təşkil oluna biləcəyini, habelə iki ölkə arasında bütün bağlantı kanalları tənzimləndiyini bəyan edib.
Rusiya prezidentinin mətbuat katibi həmçinin, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yeni telefon söhbətinin hələlik planlaşdırılmadığını açıqlayıb.
Oxşar xəbərlər
Kreml: Rusiya Ukrayna ilə İstanbul danışıqlarına hazırlaşır
Peskov: Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib
Kreml: Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün sabah İstanbulda olacaq
Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi də İstanbulda baş tuta bilər
Peskov: Minsk Rusiya, ABŞ və Ukrayna liderləri arasında danışıqlar üçün ən yaxşı yerdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













