Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır


Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

"Sizinxeber.az"un məlumatına görə, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

O, H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək.

Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bacarığını göstərəcək.

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində uğur əldə etməyə çalışacaq.

Daha əvvəl iyulun 25-də Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Yaylagül Ramazanova sıralama turunu 39-cu yerdə başa vurub
Yaylagül Ramazanova: Azərbaycan Paris-2024-də mənim qələbəmə sevinəcək
Paris-2024: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib
Paris-2024: Azərbaycanın ilk təmsilçisi bu gün mübarizəyə başlayır
Paris-2024-də Azərbaycandan ilk hansı idmançı yarışacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər