"Yelo Bank"ın növbəti rəqəmsal filialı Zabratda!
"Yelo Bank" ASC xidmət dairəsini genişləndirməkdə davam edir.
Bu dəfə Bank paytaxtın Zabrat qəsəbəsində müasir və rəqəmsal konseptli yeni filialını müştərilərin ixtiyarına verdi.
"Yelo"nun “Parlaq bankçılıq” yanaşmasına uyğun dizayn edilmiş filial innovativ xidmət imkanları və yüksək müştəri rahatlığı ilə fərqlənir.
Yeni filialda bank əməliyyatları rəqəmsal qaydada həyata keçirilir. Müştərilər burada nağd pul çıxarışı və mədaxili, kredit və kart sifarişi, biznes əməliyyatları, eləcə də kommunal və digər ödənişlər daxil olmaqla bir çox xidmətdən sürətli və fasiləsiz şəkildə yararlana bilirlər.
"Yelo Bank"ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev yeni filial barədə fikirlərini belə ifadə edib: “Bizim üçün prioritet məsələ bank xidmətlərini hamı üçün daha əlçatan və rahat etməkdir. "Zabrat" filialımız əhalinin gündəlik ehtiyaclarına uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Əminik ki, bu filial yalnız Zabrat sakinlərinin deyil, ətraf ərazilərdə yaşayanların da bankçılıq təcrübəsini dəyişəcək. Rəqəmsal konsept isə nağdsız ödəniş vərdişlərinin artmasına mühüm təsir göstərəcək”.
Yeni filial Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 64 ünvanında yerləşir. Bankın ölkə üzrə 22 xidmət mərkəzi ilə fəaliyyət göstərir. "Yelo Bank" gələcəkdə də xidmət şəbəkəsini genişləndirərək daha çox bölgəyə parlaq bankçılıq təcrübəsini gətirməyi planlaşdırır.
müraciət etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya , , və hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Yelo Bank daha bir rəqəmsal filialını Şamaxıda açdı!
“SİMA İmza” və “Yelo Bank”dan yenilik: sahibkar banka getmədən kredit alacaq
Banka getmədən “SİMA İmza” ilə onlayn əmanət hesabı açın!
"Yelo Bank" ilə əmanətindən daha çox gəlir qazan!
"Yelo Bank"ın bahar fürsəti davam edir - illik cəmi 9,9 %-lə kredit!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
