Əlimurad Hacızadə: "Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm"
Azərbaycanlı avarçəkən Əlimurad Hacızadə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycana ilk medalı qazandırdığı üçün sevinclidir.
"Sizinxeber.az"un Suqovuşana ezam olunan əməkdaşı xəbər verir ki, bunu birnəfərlik kayakda gümüş medal qazanan Əlimurad Hacızadə (2008-2009 təvəllüdlü idmançılar) deyib.
O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə turnirdə gümüş medal qazanmasına münasibət bildirib:
"Hava şəraiti soyuq idi. Buna baxmayaraq, gücümü göstərə bildim. "Prezident Kuboku 2026"ya uzun müddətdir hazırlaşırdım. Turnirdə Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm. Qızıl medal qazanmaq istəyirdim. Lakin ikinci yerə çıxdım. İnanıram ki, növbəti iki yarış günündə ölkəmiz qızıl medala sahib çıxacaq".
Qeyd edək ki, Əlimurad Hacızadə 200 metr məsafəyə yarışda gümüş medal qazanıb. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb
"Prezident Kuboku-2026" beynəlxalq reqatası: Birinci yarış gününün qaliblərii mükafatlandırılıb
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha beş medal qazanıblar
Azərbaycan təmsilçisi Mingəçevirdəki reqatada qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
