Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq
sizinxeber.az xəbər saytı

Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq


Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq.

Bu barədə "Report"un sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilir:

"Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq olunanda  məktəblərin də adları məlum olacaq".

E.Əmrullayev həmçinin xatırladıb ki, layihənin əsas məqsədi paytaxt məktəblərinə gedən uşaqlar üçün yol-nəqliyyat sistemində sıxlığın qarşısını almaqdır

Oxşar xəbərlər

Emin Əmrullayev: Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq
Ali məktəblərdə nəticəyönümlü maaliyyələşmə layihəsi tətbiq ediləcək
Azərbaycanda məktəbli formaları ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər