Naxçıvanda məktəbəqədər təhsillə əhatə oluna bilməyən 160 uşaq icmaəsaslı qruplara cəlb edilib
Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində 10 nömrəli tam orta məktəbdə yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunun fəaliyyəti ilə tanış olub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən ölkədə ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 qalib layihədən 4-ü Naxçıvan məktəblərinə məxsusdur.
Qalib layihələr çərçivəsində Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 2 nömrəli, Ordubad rayonu Dəstə kənd və Culfa rayonu Saltaq kənd tam orta məktəblərində icmaəsaslı qruplar yaradılıb və məktəbəqədər təhsillə əhatə oluna bilməyən 160 uşaq bu qruplara cəlb edilib.
Qeyd olunub ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, daha 7 məktəbdə icmaəsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlar təsdiqini tapmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
