Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri yoxlamanın nəticəsinə əsasən işdən çıxarılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri yoxlamanın nəticəsinə əsasən işdən çıxarılıb - YENİLƏNİB


Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, nəzarət-yoxlama tədbirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən aparılıb.

Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.

***

10:50

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi vəzifəsi Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərova həvalə edilib.

Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb və onun ərizəsi qəbul edilib.

Oxşar xəbərlər

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib
İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib
Gəncə-Daşkəsən regionu təhsil işçilərinin sentyabr konfransı keçirilib
Beş məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər