Dövlət İmtahan Mərkəzi “Gənc psixometrik” təcrübə proqramına başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) “Gənc psixometrik” təcrübə proqramına başlayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu DİM rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Sədr üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının əsas məqsədinin təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaq olduğunu qeyd edib:
"Bu proqrama gənclər və təcrübəli müəllimlər qoşula bilər. Müəyyən imtahan və sınaqlardan sonra onlar bu prosesə cəlb ediləcək. Marker və qiymətləndirmə mütəxəssisləri bizə çox lazımdır. Bu sahəyə əmək bazarında kifayət qədər ehtiyac var".
Oxşar xəbərlər
DİM sədri: Mütəxəssislər müəyyən təcrübə topladıqdan sonra dövlət qulluğundan özəl sektora keçirlər
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
"Marker müəllim azdır, buna görə imtahanların cavabı gec yoxlanılır" - DİM sədri
Naxçıvanda dövlət qulluğunda vəzifələrə aid qruplar üzrə test imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













