sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nazir məktəblərdə zorakılıq hallarına münasibət bildirib
"Bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır".
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq. Baş verən bütün hallara qanunvericilik çərçivəsində baxılmalıdır. İnzibati qaydada pozuntular, cinayət xarakterli məsələlər varsa, bunları hüquq-mühafizə orqanlarına yönləndiririk. Təlim-tərbiyə ilə bağlı məsələdirsə, problemi valideynlərlə həll etməyə çalışırıq", - deyə nazir bildirib.
Oxşar xəbərlər
Nazir məktəblərdə şagirdlər arasında baş verən zorakılıq hallarına münasibət bildirib
Agentlik məktəblərdə metal axtaran cihazların tətbiqi məsələsinə münasibət bildirib
Nazir: Bağça müəllimlərinin diaqnostik qiymətləndirməsinin ilkin nəticələri göstərir ki, görülməli işlər çoxdur
Emin Əmrullayev: Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək
Emin Əmrullayev: Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













