“Green Hackaton” 2024 müsabiqəsinin bağlanış mərasimi keçirilib, qaliblər mükafatlandırılıb
sizinxeber.az xəbər saytı

“Green Hackaton” 2024 müsabiqəsinin bağlanış mərasimi keçirilib, qaliblər mükafatlandırılıb


Bakıda “Green Hackaton” 2024 müsabiqəsinin bağlanış mərasimi keçirilib, qaliblər mükafatlandırılıb.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini Ceyhun Salmanov iştirak edib.

Həmçinin Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bağlanış mərasimində çıxış ediblər.

Final mərasimində komandalar yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həll təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış ediblər. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayıblar.

Müsabiqənin sonunda “Greenix” komandası I yerə, “Envirominds” komandası II yerə, “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar.

Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar" mövzusunda panel müzakirə də təşkil olunub. Müzakirədə müxtəlif yaşıl innovasiya həllərinin və texnoloji trendlərin Azərbaycan üçün əhəmiyyəti vurğulanıb. Ekspertlər, həmçinin beynəlxalq təcrübələrin Azərbaycanda tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.

"Green Hackhathon" Asiya İnkişaf Bankı (AİB), Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunub. Texniki Yardım layihəsi Koreya E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

Foto: Ehtiram Cəbiyev

Oxşar xəbərlər

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb - FOTO
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görülüb
Makronu Paralimpiya Oyunlarının bağlanış mərasimi zamanı fitə basıblar
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər