Agentlik direktoru: Müəllimliyə namizədlərin çoxu Bakı və digər böyük şəhərlərə üstünlük verirlər
Bu il keçirilən MİQ imtahanı nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin üzərində olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.
Onun sözlərinə görə, bəzən kütləvi informasiya vasitələrində, eyni zamanda, vətəndaş müraciətlərində vakant yer seçimləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir:
"Apardığımız təhlil və araşdırmalar onu göstərir ki, daxil olan müraciətlərin əsas hissəsi namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verirlər.
Unutmamalıyıq ki, müsabiqənin əsas məqsədi perspektivli, yüksək bacarıqlı müəllimləri ölkə üzrə fəaliyyət göstərən bütün məktəblərə qazandırmaqdır. Biz həm paytaxt, həm də ucqar kənd məktəblərinə rəqabətli əsaslarla, eyni meyarla seçilmiş müəllimləri cəlb etmək istəyirik".
Oxşar xəbərlər
MÜTDA: Vakant yer seçimləri zamanı mərkəz məktəblərinə üstünlük verilir
Məktəbdənkənar təhsil müəssisələrində işləyənlərin diaqnostik qiymətləndirilməsi keçirilə bilər
Eşqi Bağırov: Cari tədris ili üçün 7 milyon 150 min dərslik sifariş üzrə təqdim edilib
MÜTDA rəsmisi: Təəssüf ki, iki mindən artıq vakant müəllim yeri 3 ildir heç bir namizəd tərəfindən seçilmir
Vakant yerdən imtina edən müəllimlər növbəti imtahan turuna buraxılmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











