Naxçıvanda İmtahan Mərkəzi yaradılıb
Naxçıvan Muxtar Respublikasında (MR) İmtahan Mərkəzi yaradılıb.
"Report"un yerli bürosunun məlumatına görə, mərkəzi MR-in Təhsil Nazirliyi Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradıb.
Mərkəzdə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında olmaqla tədris ili ərzində 6 dəfə olmaqla ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.
Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.
Qeyd edək ki, imtahan mərkəzinə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri tender yolu ilə alınaraq quraşdırılıb.
Oxşar xəbərlər
Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək
Naxçıvanda dövlət qulluğunda vəzifələrə aid qruplar üzrə test imtahanı keçirilib
Naxçıvanda peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib - YENİLƏNİB
Naxçıvanda direktorların işə qəbul müsabiqəsinə sənəd qəbulunun vaxtı artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











