130 Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu universitetində təhsil alacaq
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024-2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən 130 nəfər Azərbaycan vətəndaşı 2025/2026-cı tədris ili üzrə Macarıstanın 15 nüfuzlu universitetində təhsil almaq imkanı əldə edib.
"Sizinxeber.az" xəbər verir ki, Macarıstan tərəfinin yekun qərarına əsasən təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 9 nəfəri bakalavriat, 106 nəfəri magistratura, 15 nəfəri isə doktorantura səviyyəsi üzrə təhsil alacaq.
Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, təbiət elmləri, turizm, beynəlxalq münasibətlər, təhsil və davamlı inkişaf kimi müxtəlif ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən namizədlər əsasən “Eötvös Loránd University”, “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Debrecen”, “Budapest University of Economics and Business”, “Óbuda University” və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar.
Oxşar xəbərlər
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində iki tələbə ilk dəfə Tacikistanda təhsil alacaq
İki tələbə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ilk dəfə Tacikistanda təhsil alacaq
Azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar
Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin növbəti siyahısı açıqlanıb
Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













