Şamaxı və Xızıda zəlzələ olub - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Şamaxı və Xızıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.
Nazirlikdən "Sizinxeber.az"a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Şamaxı və Xızıda zəlzələ qeydə alınıb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla 16:02-də qeydə alınan zəlzələnin maqnitudası 3.7, dərinliyi 7 km olub. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Yerli vaxtda 16:04-də qeydə alınan ikinci təkanın isə maqnitudası 3.1, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb.
Oxşar xəbərlər
Laçında zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur - YENİLƏNİB
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB
Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur - YENİLƏNİB - 3
Azərbaycanda zəlzələ olub, 3 bala qədər hiss edilib
Biləsuvarda 4.5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













