Qeyri- sabit hava şəraiti daha dörd gün davam edəcək
sizinxeber.az xəbər saytı

Qeyri- sabit hava şəraiti daha dörd gün davam edəcək


Mayın 11-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Naftalan, Şəki, Göygöl, Zaqatala, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Balakən və Goranboyda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 19, Tərtər 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevirdə 16, Kəlbəcər və Şəkidə 15 m/s-yə çatır.

Mayın 11-i saat 17:05 radələrində Şəki rayonuna və Tərtər rayonuna diametri 5-7 mm, Daşkəsən rayonuna isə diametri 1 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

Oxşar xəbərlər

Şəki, Tərtər və Daşkəsənə dolu düşüb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Bəzi ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər