Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq
Mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi il əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23 ° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Sabah hava necə olacaq?
Sabah Bakıda 17, bölgələrdə isə 25 dərəcə isti olacaq
Aprelin ilk gününün havası - 24 dərəcə isti olacaq
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
Sabah bəzi yerlərdə yağış və qar yağacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bakubus”ın bütün avtobuslarında bank kartı ilə ödəniş mümkündür
-
Bakının bu addımını alqışlayırıq - Zaxarova
-
Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun BİRGƏ RƏYİ - AZAL təyyarəsi VURULUB
-
Təltif olunanlar arasında Fred Asifin oğlu da var
-
Metronun "Ulduz" stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?












