Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir
sizinxeber.az xəbər saytı

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir


Aprelin 22-si saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

Bu barədə “Sizinxeber.az”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 20 m/s, Tərtərdə 18 m/s, Gəncədə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

Bəzi dağlıq və dağətəyi rayonlarda-Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

Oxşar xəbərlər

Bakıda və Abşeron yarımadasında külək güclənib - FAKTİKİ HAVA
Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Dağlara qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Bir neçə rayona 10 santimetrdən çox qar yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlara qar və yağış yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər