Azad edilmiş ərazilərin bir hissəsində yeni Milli parkın yaradılması nəzərdən keçirilir
İşğaldan azad edilmiş Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656,2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir.
"Sizinxeber.az"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb:
"Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanmış, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".
F.Əliyev həmçinin məlumat verib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün cari ildə müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə milli park yaradılacaq
Azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması nəzərdən keçirilir
Daşaltı yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir
Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
ƏMDX işğaldan azad edilmiş ərazilərdə apardığı tədqiqat işlərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













