Əhməd Məmmədov: Azərbaycanın su ehtiyatlarının təmin edilməsi üçün işlər aparılmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
okt
2024
12:00

Əhməd Məmmədov: Azərbaycanın su ehtiyatlarının təmin edilməsi üçün işlər aparılmalıdır

29 okt, 2024
12:00
863

Əhməd Məmmədov: Azərbaycanın su ehtiyatlarının təmin edilməsi üçün işlər aparılmalıdır

Azərbaycanın su ehtiyatlarının daxildən təmin edilməsi üçün işlər aparılmalıdır.

"Report" xəbər verir ki, bunu texnika elmləri doktoru Əhməd Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Coğrafiyanin müasir problemləri: elm və təhsilin inteqrasiyasi" III Beynəlxalq elmi-praktiki konfransında deyib.

O qeyd edib ki, Azərbaycanı yaxın gələcəkdə böyük su imtahanı gözləyir:

"Azərbaycanda iqlim dəyişikliyini nəzərə alsaq, bu gün su qıtlığı var. 2050-ci ilə qədər bu proses davam edəcək. Ona görə də Azərbaycanın su ehtiyatlarının daxildən təmin edilməsi üçün işlər aparılmalıdır. Yerli çayların su ehtiyatlarından maksimum istifadə etməliyik".

O əlavə edib ki, çaylar üzərində su anbarı tikilsə, ərazidə yaşayan əhalinin su ehtiyatlarını təmin etmək mümkün olacaq, həm də kənd təsərrüfatı üçün lazımi su mənbəyi yaranacaq.

Bizimlə əlaqə saxlayın