Güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısa müddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntı olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısamüddətə əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki,Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Oxşar xəbərlər
Bakıda bu tarixdən hava kəskin dəyişəcək XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq edib
Sabah hava necə olacaq?
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













