Əməliyyat rəhbəri: Ağdamda keçmiş təmas xətti ərazisi minalarla ən çox çirklənmiş sahələrdən biri sayılır
Ağdam rayonunun Sarıcalı kəndinin yenidən qurulması ilə bağlı dövlət tapşırığına uyğun olaraq, həmin ərazilər təmizlənib, evlər tikilib və əhali əraziyə köçürülüb. Hazırda minatəmizləmə əməliyyatları apardığımız ərazi təhlükəsizlik üçün əlavə ərazilərin təmizlənməsidir.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bunu ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Sarıcalı kəndinin ətrafında təhlükəsizlik üçün əlavə ərazilər təmizlənir: "Təmizləmə fəaliyyətinə ANAMA-nın mina axtarma heyəti ilə yanaşı, mexaniki minatəmizləmə vasitələri, həmçinin xüsusi təlim keçmiş minaaxtaran itlər cəlb olunub".
Qeyd edilib ki, təmizlənmə işi görüləcək ərazi keçmiş təmas xəttinin ərazisidir: "Bura minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri sayılır. Gün ərzində piyada əleyhinə, tank əleyhinə minalar və həmçinin müxtəlif təyinatlı partlamamış hərbi sursatlar aşkar olunur. Bu gün iş gününün sonunda ərazidə tapılmış minaların partlayış yolu ilə zərərsizləşdirilməsi sizə nümayiş olunacaq".
Oxşar xəbərlər
Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 160 min ha minadan təmizlənib - FOTO
Ağdamda minatəmizləmə ilə bağlı media-tur keçirilib - FOTO
ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub
Ağdamda 37 min ha ərazi minalardan təmizlənib, 31 min mina və PHS zərərsizləşdirilib
ANAMA: Minalarla yüksək çirklənmiş 250 hektar ərazi var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













