sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Məleykə Abbaszadəyə müavin təyin edildilər - FOTO
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri təyin edilib.
BAKU.WS DİM-in saytına istinadən xəbər verir ki, Namiq Babayev və Bəhram Xəlilov DİM İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.
Xatırladaq ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.
N.Babayev və B.Xəlilov isə DİM-in Direktorlar Şurası sədrinin müavini vəzifəsini icra ediblər.
Qeyd edək ki, Prezidentin ötəngünkü Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

BAKU.WS
Oxşar xəbərlər
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
İlham Əliyevdən DİM-lə bağlı FƏRMAN
İlham Əliyev Məleykə Abbaszadəyə yeni vəzifə verdi
Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası yaradılacaq
Ramiz Zeynalova yeni müavin TƏYİN EDİLDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













