Sakinlərin liftlə bağlı şikayətlərinə niyə baxılmır? - VİDEO
Şəmkir rayonunun Kür qəsəbəsi, Şəhriyar küçəsi 5 ünvanında yerləşən 9 mərtəbəli binanın lift problemi 2021-ci ildən bu yana həllini tapmır.
Məsələ bu ilin mart ayında Baku TV tərəfindən işıqlandırıldıqdan sonra lift yenidən istismara verilib.
Ancaq 10 gün əvvəl liftin fəaliyyəti yenidən dayandırılıb.
"Sizin çəkilişinizdən sonra lif üç ay işlədi. 10 gündür yenə dayandırıblar. Aidiyyəti qurumlara müraciət etsək də, problemlə maraqlanmırlar", - sakin Zəminə Musayeva narazılıq bildirib.
Binanın digər sakini Qasım Məmmədov isə deyib ki, baxış keçirilən zaman liftdə 9 nöqsan aşkar olunub:
"Bu nöqsanlar aradan qaldırıldıqdan sonra lift fəaliyyətə başlaya bilər. Nöqsanların aradan qaldırılması üçün 5000 manata ehtiyac var. Mənzil İstismar İdarəsi də hazırda buna imkanının çatmadığını deyir".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Şəmkir sakini: "Lift işləmədiyi üçün çağırdığımız həkim yuxarı qalxmır" - VİDEO
Xırdalanda 14 mərtəbəli binada YANĞIN: sakinlər təxliyə edildi - VİDEO
Paytaxtda xırda pul problemi: Satıcılar qəpikləri niyə qəbul etmirlər? - VİDEO
Maaşlar nə qədər artacaq? - VİDEO
Sumqayıtda mənzildə 59 yaşlı kişinin meyiti aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













