Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub - SƏRƏNCAM
Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə iki Sərəncam imzalayıb.
Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə anadan olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Rəşad Mustafayev isə 1978-ci ildə anadan olub. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.
Oxşar xəbərlər
Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə nazirinə yeni müavinlər təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan ƏƏSMN-in bir qrup əməkdaşı işdən azad olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSMF-yə yeni sədr təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













