Qeyri-sabit hava şəraiti davam edib
sizinxeber.az xəbər saytı

Qeyri-sabit hava şəraiti davam edib


Saat 9:00-a olan məlumatına əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.

İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.

Oxşar xəbərlər

Bir sıra ərazilərə leysan xarakterli yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahın hava proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bazar gününün hava proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağıntılı hava davam edəcək, dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər