Deputat: Gəncədə xəstəxana tikilib, hazırdır, amma istifadəyə verilmir
Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişində böyük xəstəxana kompleksi tikilib və lazımi tibbi avadanlıqlarla təchiz edilib, amma, hələ də həmin müəssisə istifadəyə verilməyib.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
“Onsuz da Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssisələrdə sıxlıqdır. Çünki tək Gəncə deyil, Qərb regionunda yaşayan vətəndaşlarımız da bu xəstəxanaların xidmətlərdən istifadə edirlər. Qeyd etdiyim tibb kompleksini istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmanızı xahiş edirəm”, - deyə deputat bildirib.
Oxşar xəbərlər
Deputat yaşlı, xəstə məhkumların əfvini təklif edib
Məktəbəqədər hazırlığa cəlb edilən uşaqlara yemək verilməsi təklif olunub
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilir
Gəncədə 10 200 ədəd ağac əkilib - FOTO
Niyazi Bayramov Gürcüstanın Gəncədəki yeni Baş konsulu ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Aleksey Kuleba: "Azərbaycana və BMT-nin Məskunlaşma Proqramına təşəkkür edirəm"
-
Esvatini kralı: "Bakı zəngin tarixi irsi, innovasiya və tərəqqini uğurla birləşdirən unikal şəhər nümunəsidir"
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
