Zahid Oruc: Peşə təhsili müəssisləri artdıqca miqrasiya axınları azalacaq
Peşə təhsili müəssisləri artdıqca ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaq.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, gələcəkdə azad edilmiş torpaqlarda kiçik və orta sahibkarlıq, yaxud güclü sənaye müəssislərinin kadr bazası kənardan deyil, məhz yerli əhali hesabına formalaşmalıdır: “Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəsmi məlumatı bizi dərindən düşünməyə və ciddi addımlar atmağa vadar edir. Gələn ilin sonuna azad edilmiş torpaqlara qaytarılacaq əhalinin peşə və ali təhsil göstəricisi onların 80 faizə qədərinin ixtisaslarının olmaması o deməkdir ki, hazırda dövlətimizin qarşısında dayanan ən taleyüklü vəzifələrdən biri məhz məcburi köçkünlərin təhsil problemlərini həll etməkdir. Bütün zəif oxuyan öyrəncilərimizi peşə təhsili ilə əhatə etsək, o cümlədən, təqaüdləri artıra bilsək, o zaman gerçəkdən ixtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik. Peşə təhsili müəssisləri artdıqca ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaq”.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Oxşar xəbərlər
Zahid Oruc: Zəfər Konstitusiyasının qəbul olunması mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda olunan dəyişikliyi şərh edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zahid Oruc: "Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zahid Oruc: Sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentin komitə sədri sərhəd kəndlərində əhaliyə güzəştləri vacib sayıb, bağça probleminə diqqət çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












