Azərbaycanda hakimlərin ömürlük təyin olunması təklif edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda hakimlərin ömürlük təyin olunması təklif edilib


Hakimlər Azərbaycanda ömürlük təyin olunmalıdır, bunu mən dəfələrlə təklif etmişəm.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, yaş məhdudiyyəti icra başçılarına, digər hakimiyyətdəki şəxslərə şamil olunmur: “Buna görə də hakimlərə də şamil olunmamalıdır. Kimsə deyə bilər ki, hakimlər yaşlana bilər. ABŞ-da olarkən sual vermişdim ki, yaşlı hakimlər işə gəlməyə bilirlərmi? Dedilər ki, hakimlər ədaləti bərpa edən insanlardır, onlar görsələr ki, işləyə bilmirlər, onda işdən çıxırlar. Hakimlərin müstəqilliyinə yaş həddinin ləğvi töhfə də verə bilər. Əgər biz hakimləri ömürlük təyin etmiriksə, bütün hakimlər üçün eyni yaş, məsələn, 75 yaş təklif etməliyik. Hakimləri İntizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdırmaq olmaz. Hakimiyyətin bütün qollarına yanaşma eyni olmalıdır. İcra başçısı da deputat da cinayət törədəndə vəzifəsindən azad olunmalıdır”.

Deputat qeyd edib ki, güclü məhkəmə hakimiyyəti mülki toxunulmazlığın təminatı deməkdir: “Biz müvafiq icra hakimiyyəti orqanları ilə işi davam etdirməliyik və çalışmalıyıq ki, Azərbaycanda hakimlər ömürlük təyin olunsun. Yaxud da bütün hakimlər üçün yaş həddi 75 yaş olmalıdır”.

Oxşar xəbərlər

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində bir çox səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə edilir
Hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcək
AFFA-nın Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib
AFFA hakimlərə təşəkkürnamə paylayıb
UEFA: Son Avropa Çempionatında Almaniya millisinin penaltisi verilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər