FHN məişətdə yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlillərə görə, yaşayış sektorunda yanğınların böyük hissəsi məişət cihazlarından düzgün istifadə edilməməsi səbəbindən baş verir.
"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir:
- qeyri-standart, nasaz elektrik və qaz qızdırıcılarından istifadə etməyin;
- işlək qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın;
- elektrik və qaz cihazlarından istifadəni uşaqlara qadağan edin;
- elektrik və qaz cihazlarını yanar əşyalardan uzaq yerləşdirin;
- elektrik uzadıcısı və ya yuvasına çox sayda elektrik cihazını eyni anda qoşmayın;
- evi tərk edərkən qaz cihazlarını söndürün, elektrik avadanlıqlarını şəbəkədən ayırın!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə vurğulanır.
Oxşar xəbərlər
FHN Novruz bayramı ilə bağlı əhaliyə təkrar müraciət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda 5 mərtəbəli binada yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












