Əhalisinin sayı 3 min nəfərdən az olan bələdiyyələrin yaradılmasına hansı halda yol veriləcəyi məlum olub
Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına hansı halda yol veriləcəyi məlum olub.
APA-nın xəbərinə görə, bu, “Bələdiyyələrin statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək.
Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.
Oxşar xəbərlər
Azərbaycanda bələdiyyələrin birləşdirilmə proseduru müəyyənləşir
Birləşən bələdiyyələrin adlarının necə müəyyənləşəcəyi məlum olub
Deputat: Kiçik bələdiyyələr özü-özlərini maliyyələşdirə bilmirlər
Azərbaycanda əhalisinin sayı 3000 nəfərdən, yaxud 1000 evdən az olan bələdiyyələr birləşdiriləcək
Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində bir çox səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













