Direktorların işə qəbulu üzrə elektron qeydiyyatın vaxtı açıqlanıb
sizinxeber.az xəbər saytı

Direktorların işə qəbulu üzrə elektron qeydiyyatın vaxtı açıqlanıb


4 dekabr saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start veriləcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.

Oxşar xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıb
Naxçıvanda direktorların işə qəbul müsabiqəsinə sənəd qəbulunun vaxtı artırılıb
Mikayıl Cabbarovun qoluna nə olub?
Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək
Şagirdlərin elektron yerdəyişməsinin vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər