Nərimanov rayon prokurorluğunda “Açıq qapı günü” və “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib - FOTO - YENİLƏNİB
İctimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, oktyabrın 25-də növbəti “Açıq qapı günü” təşkil edilib.
APA xəbər verir ki, Nərimanov rayon prokurorluğunun yeni inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.
Tədbir zamanı Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov, Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov və digər prokurorluq əməkdaşları qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıb.
İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.
Sonda xatirə fotoşəkli çəkdirilib.
***
12.01
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, oktyabrın 25-də Nərimanov rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib.
APA xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov çıxışı zamanı rayon prokurorluğunun ekoloji təhlükəsizliklə bağlı fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.
Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.
O qeyd edib ki, tədbirin Nərimanov rayon prokurorluğunun yeni inzibati binasında keçirilməsində məqsəd prokuror işçilərinin iş şəraiti və prosesi barəsində media nümayəndələrinə əyani məlumat verməkdir: “Əminliklə deyə bilərik ki, bu platformada səsləndirilən fikirlər və təkliflər gələcəkdə öz töhfəsini verəcək. Bu tipli seminarların başqa rayonların prokurorluqlarında da keçirilməsi nəzərdə tutulur”.
Daha sonra tədbir iştirakçıları inzibati bina və texnikalar ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Prokurorluq Şəkidə “Açıq qapı günü” təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəki rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üç prokurorluq işçisi təqaüdə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













