Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb
Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb
Naxçıvanda ən çox ziyarət edilən ünvanlardan biri olan “Əshabi-Kəhf” yolunda əsaslı yenidən qurma işlərinə başlanılıb.
“Sizinxeber.az”un yerli bürosunun xəbərinə görə, 1998-ci ildə istismara verilən və hazlrda yararsız hala düşən 14 km-lik yolun yenidən qurulması işlərinə start verilib.
İnşaatla bağlı yolun müvafiq hissələrində xəbərdaredici nişanlar da quraşdırılıb. Hazırda yararsız asfalt örtüyü götürülür və yol yatağı genişləndirilir. Yolun daha möhkəm və uzunömürlü olması üçün asfaltdan öncə çınqıl və digər müvafiq materiallar verilərək bərkitmə işləri aparılır.
Bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarət olan yolun asfalt hissəsi 7 metr, torpaq hissəsinin eni isə 10 metr olacaq. Hazırda yolun 1 km-nin 70-80 faiz işləri görülüb. Yol boyunca suların ötürülməsi məqsədi ilə 41 yerdə metal boru quraşdırılacaq. 15 min metr uzunluğunda beton su kanalları quraşdırılacaq.