VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir
Mayın 5-də 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində "Qızıl Şah" Milli Kulinariya Çempionatına start verilib.
Sizinxeber.az xəbər verir ki, dörd gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub.
5-8 may tarixlərini əhatə edəcək çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsini, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.
Builki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxildir. Bu il çempionatda innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilir. Yarışlarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edir.
6-cı "Qızıl Şah" Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, "Worldchefs" tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir.
Qeyd edək ki, 2019-cu ildən etibarən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar individual, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. "Qızıl Şah" Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən "Wordlchefs" ilə birgə təşkil edilən "Gold Shah" kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. "Wordlchefs" tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi "Qızıl Şah" Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.
"Qızıl Şah" çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir.
Qalereya
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdən olan fermerlərin Bakıda keçirilən sərgilərə səfərləri təşkil ediləcək
Hövsanda bu saatdan qaz OLMAYACAQ
Bakıda aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günü keçirilib
WUF13-lə bağlı Bakının rəqəmsal nəqliyyat xəritəsi təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
