

Bakıda hosteldə biabırçı görüntülər - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 3 ünvanında fəaliyyət göstərən “Centrum” hostelində monitorinq keçirib.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsinin antisanitar şəraitdə saxlanıldığı və mütəmadi təmizlik işlərinin aparılmadığı, avadanlıqların korroziyaya uğradığı, səthlərin (qida məhsulları ilə təmasda olan səthlər də daxil olmaqla) asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi müəyyən olunub.
Həmçinin, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin soyunma və geyinməsi üçün müvafiq dolabın təşkil edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Eyni zamanda, mətbəx sahəsində çalışan işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiq edən sağlamlıq arayışları yoxlamaya təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görülərək müəssisənin mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda hosteldə nöqsanlar aşkarlanıb
“Su Səsi” restoranında nöqsanlar aşkarlanıb
Qida obyektləri və qida subyektlərinin qeydiyyatı proseduru müəyyənləşib
Naxçıvanda iki ərzaq mağazasının sahibi cərimələnib
NK-dan qida və yem məhsulları ilə bağlı qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
