Naxçıvanda iki ərzaq mağazasının sahibi cərimələnib
sizinxeber.az xəbər saytı

Naxçıvanda iki ərzaq mağazasının sahibi cərimələnib


Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şərur rayonunun Yengicə kəndində və Babək şəhərinin Qoşadizə məhəlləsində fəaliyyət göstərən ərzaq mağazalarında plandankənar yoxlamalar həyata keçirilib.

Agentlikdən "Report"un yerli bürosuna bildirilib ki, yoxlamalar zamanı hər iki obyektdə bir sıra nöqsanlar aşkar edilib.

Yengicədə fəaliyyət göstərən mağazada qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşib. Belə ki, mağazada və anbarda temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl edilmədiyi, havalandırma sisteminin olmadığı aşkar edilib. Qida məhsullarının anbarda divardan məsafə gözlənilmədən saxlandığı müəyyən olunub.

Qoşadizə məhəlləsində fəaliyyət göstərən ərzaq mağazasında isə temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı, bəzi qida məhsullarının mağazanın xaricində, birbaşa Günəş şüaları altında saxlandığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq hər iki mağazanın vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub.

Oxşar xəbərlər

Qida obyektləri və qida subyektlərinin qeydiyyatı proseduru müəyyənləşib
AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır”
AQTA apteklərdə yoxlama aparıb, 113-də nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər