FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb - FOTO
sizinxeber.az xəbər saytı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb - FOTO


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Marz” MMC-yə məxsus məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 103 ünvanında yerləşən “Metprof” MMC-yə məxsus qapı-pəncərə istehsalı sexlərində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

- obyektlər yanğına qarşı sistem və qurğularla təmin edilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib;

- obyektlər ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin edilməyib;

- yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb.

Eyni zamanda, sözügedən obyektlərin xüsusi razılıq (lisenziya) olmadan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq “Yanğınsöndürmə texnikası məhsullarının istehsalı və satışı, sınaqların keçirilməsi” fəaliyyəti ilə məşğul olduğu aşkar edilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndələrinə təqdim edilib.

Oxşar xəbərlər

Qubada yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Ağstafada yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - VİDEO
Qubada yanğın təhlükəli istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO
İki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO
Yasamalda "Bal Badem" şirniyyat mağazasının fəaliyyəti dayandırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle